AÇ: Millimiz hesabda öndə - YENİLƏNİR
06.10.2026 - 18:50
AÇ: Millimiz hesabda öndə - YENİLƏNİR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

Apasport.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv öz meydanında Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:45-də start götürəcək.

Qeyd edək ki, yığma 9 turdan sonra 7 xalla 5-ci, Cəbəllütariq isə xalsız sonuncu – 6-cı pillədə yer alır.

AÇ-nin seçmə mərhələsi
X tur

Azərbaycan - Cəbəllütariq 3:0
Qollar: N. Əhmədzadə, 8, A. Salyanskiy, 43, 51