“Aeroflot Open”də 4 azərbaycanlı
06.02.2012 - 12:54
Sabah Rusiyanın paytaxtı Moskvada şahmat üzrə “Aeroflot Open” beynəlxalq turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Qədir Hüseynov (2634), Rauf Məmmədov (2636), Eltac Səfərli (2638) və Namiq Quliyev (2545) təmsil edəcəklər.
Həmyerlilərimiz A turnirində mübarizə aparacaqlar və qalib fevralın 15-də müəyyənləşəcək. Bir gün sonra isə zəka sahibləri blits oynayacaqlar.
Qeyd edək ki, “Aeroflot Open”in mükafat fondu 67 min avrodur. Yarışın qalibi 20, gümüş mükafatçısı 10 və üçüncü yerin sahibi 7 min avro irəli düşəcək.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0