“Qəbələ”nin azlıqda qalmağı hücum futbolu oynamağımıza imkan yaratdı”
07.03.2012 - 17:23
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın XIX turdan təxirə salınan “Qəbələ” ilə ev oyununda qazandıqları əzmkar qələbənin (3:2) səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İsmayılov 37-ci dəqiqədə rəqibin yamaykalı hücumçusu Deon Bartonun qırmızı vərəqə almağının işlərinin asanlaşdırdığını düşünür. “Kəpəz” bundan sonra hesabda irəli çıxaraq, qələbə topunu uzatma dəqiqəsində vurub: “İlk qoldan sonra rəqib azlıqda qaldı. Bu da bizə hücum futbolu oynamağa imkan verdi. İkinci hissədə gözəl oyun nümayiş etdirdik və qalib gəldik”.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0