Mariya Şarapova toyunu İstanbulda edəcək
13.03.2012 - 18:19
Tennis dünyasının məşhur simalarından olan rusiyalı Mariya Şarapovanın sloveniyalı basketbolçu Saşa Vuyaçiçlə toyu noyabrın 10-da Türkiyənin İstanbul şəhərində olacaq. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı Şarapova və “Anadolu Efes”də çıxış edən 27 yaşlı Vuyaçiçin menecerləri ən münasib gün üçün xeyli baş sındırıb.
Öncədən cütlük may və ya avqustda ailə qurmağı düşünüb. Lakin menecerlərin təklifi ilə gözəl ardıcıllıq seriyası kimi “10.11.12”ni münasib sayıblar. Toy məkanının məhz İstanbul seçilməsinə səbəb kimi isə Vuyaçiçin gərgin matç proqramı üzündən Türkiyədən ayrıla bilməməsi göstərilib. Şarapova isə həmin vaxt Türkiyədə istirahətdə olacağından, təklifi qəbul edib.
Qeyd edək ki, bir müddət öncə Mariya Şarapova rus kişilərini heç sevmədiyini açıqlayıb.

- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
0
0