Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi
23.03.2012 - 14:55
Rusiyada Mixail Talın xatirəsinə keçirilən ənənəvi beynəlxalq şahmat turnirində bu ilki yarışa qatılacaq iştirakçıların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 7-19-da Moskvada təşkil olunacaq turnirdə 10 şahmatçı mübarizə aparacaq. Turnirdə Azərbaycan təmsilçisi Teymur Rəcəbov da çıxış edəcək. Onun yarışdakı rəqibləri isə Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vladimir Kramnik, Aleksandr Morozeviç, Yevgeni Tomaşevski, Aleksandr Qrişuk (hamısı Rusiya), Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (İtaliya), Lük Makşeyn (İngiltərə) olacaq. Təşkilatçılar əvvəlcədən yarışda cəmi 3 rusiyalının iştirak edəcəyini vəd etsə də dəvətlilərdən Vasili İvançukun (Ukrayna) Moskvaya gələ bilməməyi üzündən turnirdə 4 şahmatçı ilə təmsil olunacaq.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
0
0