Taekvondoçumuz üçün xüsusi mükafat
27.04.2012 - 14:24
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Müstəqil Milli-İctimai “Humay” mükafatına (ilin müvəffəqiyyəti) layiq görülüb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, perspektivli idmançımız “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən təsis edilən bu mükafata, son vaxtlar əldə etdikləri nailiyyətlərə əsasən sahib çıxıb.
Əzizova həm də “Humay” mükafatının ən gənc sahiblərindən biridir. London Olimpiadasına vəsiqə qazanan idmançı, bu ilin fevralında “US Open”in finalçısı və apreldə gənclər arasında dünya çempionatının qalibi olub. Onu qarşıda ilin ən məsul yarışları, mayın əvvəlində böyüklər arasında Avropa çempionatı və Olimpiya oyunları gözləyir.
Qeyd edək ki, Müstəqil Milli-İctimai Humay Mükafatı “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən 1993-cü ilin avqust ayında təsis olunub.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0