Şalva Qadabadze London Olimpiadasına 42-ci lisenziyamızı qazandı
29.04.2012 - 14:27
Azərbaycan 2012-ci il Yay Olimpiya Oyunlarına 42-ci lisenziyasını qazanıb. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına yollanacağı dəqiqləşən növbəti idmançımız yunan-Roma növü üzrə güləş yığmasının üzvü Şalva Qadabadze olub. O, Çində bu gün başa çatacaq olimpiya lisenziya turnirdə finala çıxmaqla, istəyinə çatıb. 96 kq-da güləşən Şalva finala gedən yolda Yevgeni Açkasov (Özbəkistan, 3:0, 0:1, 4:0), Sergey Veroşkin (Ukrayna, 2:1, 1:0), Soso Cabidze (Gürcüstan, 1:0, 2:0) və David Vala (Çili, 1:0, 2:0) məğlub edib. Onun həlledici oyunda rəqibi italiyalı Dayqoro Timoçini olacaq.
Qeyd edək ki, bu, güləşçilərimizin London Olimpiadasına 13-cü lisenziyası olub. Bunadək yunan-Roma növündə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Salman Təhmasibi (84 kq), sərbəst güləşdə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq), Cəmaləddin Məhəmmədov (120 kq) və 2 qadın güləşçimiz – Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) məsul turnirə vəsiqə qazanmışdı.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0