19 medal və komanda hesabında I yer
06.05.2012 - 20:08
Bakıda keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın birinci gündə 9 medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanan Azərbaycan milli komandası bu gün daha 10 medala sahib olub.
Belə ki, Ağayar Axundzadənin yetirmələrindən Tural Səfquliyev (81 kq), Elxan Məmmədov (90 kq) və Gülsədəf Kərimova (78 kq) yarışın qalibi olublar. Yığmamızın üzvlərindən Ramin Qurbanov (90 kq), Ramilə Yusubova (63 kq) və Fəridə Qurbanova (78 kq) ikinci yeri tutublar. Məmmədəli Mehdiyev (81 kq), Andrey Fatıyev (100 kq), Günay Əlməmmədli (70 kq) və Gülnarə Əsədova (+78) isə bürünc medalla kifayətləniblər.
Beləliklə, 2 gün davam edən Qran-priyə 34 cüdoçu ilə qatılan yığmamız 6 qızıl, 5 gümüş və 8 bürünc medal qazanıb. Onlar bu nəticə ilə komanda hesabında I olublar. İkinci yerdə Yaponiya (4 qızıl), üçüncü yerdə isə Gürcüstan (1 qızıl, 2 gümüş, 4 bürünc) milliləri qərarlaşıblar.

- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
- Azərbaycan təmsilçisi Almatıda 6-cı olub
- Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal
0
0