Qızıl görən olmadı
06.05.2012 - 23:00
Mançesterdə keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası turnirin son gününü medalsız başa vurub.
Belə ki, taekvondoçularımızdan İlkin Şahbazov (74 kq) yarışa inamlı başlayıb. O, ilk döyüşündə isveçli Əşrəf Qatananini 7:3, ardınca böyük britaniyalı Rubin Riçardsı 11:10 hesabı ilə məğlub edib. Lakin İlkin 1/4 finalda türkiyəli Rıdvan Bayquta uduzaraq (6:7) mübarizəni dayandırıb.
London-2012-yə lisenziya qazanmış Fəridə Əzizova (67 kq) da ilk qarşılaşmasını qələbə ilə başa vurub. Lakin təmsilçimiz Yelizaveta Buryaka (Ukrayna) 4:2 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə xorvatiyalı Petre Matyaseviçə 3:4 hesabı ilə məğlub olub.
İdmançılarımızdan Elvin Məmmədov (68 kq) ilk döyüşündə fransalı Amin Manaiyə, Aygül Abdullayeva isə norveçli Anne Mienneyə uduzublar.
Xatırladaq ki, yarışda yığmamız 2 gümüş medal qazanıb. Millimizin aktivinə medalları Mikayıl Əliyev (54 kq) və Ramin Əzizov (80 kq) yazdırıb.

- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
- Azərbaycan təmsilçisi Almatıda 6-cı olub
- Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal
0
0