Olimpiya çempionumuz “11-liy”ə düşdü
06.05.2012 - 23:01
Stend atıcılığı üzrə İtaliyanın Lonato şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışı davam edir. Apasport.az saytının məlumatına görə, turnirə 3 snayperlə qatılan Azərbaycan milli komandasının daha bir üzvü mükafatçılar sırasında yer ala bilməyib.
Belə ki, Elvin İsmayılovun ardından Olimpiya çempionumuz Zemfira Meftahətdinova da hədəfə düşə bilməyib. Skit növündə yarışan təmsilçimiz təsnifat mərhələsində 69 xal toplayıb və finala çıxa bilməyib. Bu isə onun 11-ci olması ilə nəticələnib. Qızıl medallara isə 95 xalla slovakiyalı Danka Bartekova yiyələnib.
Qeyd edək ki, mayın 8-dək davam edəcək turnirdə Emin Cəfərov hələ mübarizəyə qoşulmayıb.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0