Jurnalistlər Olimpiya Parkına bomba keçirdilər
07.05.2012 - 15:05
Böyük Britaniyada çalışan jurnalistlər Olimpiya Parkına bomba keçiriblər. Apasport.az saytının məlumatına görə, həmkarlarımız partladıcı maddəni parka London Olimpiya stadionunun rəsmi açılışına 1 gün qalmış aparıblar.
“Sun” qəzetinin redaksiyasına zəng edən bir nəfər bildirib ki, təhlükəsizlik işçiləri səhər və axşamlar parka nəzarət etmirlər. Bu səbəbdən də içəri təhlükəli əşya keçirmək heç bir çətinlik yaratmır. Bunu yoxlamaq fikrinə düşən ingilis reportyorlar bombanı Olimpiya obyektinin ərazisinə aparıblar.
Jurnalist partladıcı maddə əlində idmançıların yaşayacağı binanın və velodromun bir neçə fotosunu çəkib. Onlar daha sonra Olimpiya Oyunlarının təşkilatçılarına verilib.
Qeyd edək ki, Olimpiya parkının təhlükəsizliyi 1 milyard funt-sterlinqə başa gəlib.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0