Hindistan millisi Bakıya gəlir
08.05.2012 - 15:51
Mayın 10-da Şağan Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi boks turnirinə start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan komandası ilə yanaşı, Macarıstan, Bolqarıstan, Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, İsrail, Gürcüstan və Hindistan boksçuları da iştirak edəcəklər.
Yarışın rəsmi açılış mərasimi mayın 10-da saat 15.00-da olacaq. Final döyüşləri mayın 13-də saat 14.00-da başlayacaq. Azərbaycan milli komandası turnirdə geniş tərkibli heyətlə mübarizə aparacaq. Yarışda fərqlənən bokçularımız yığmamızın heyətinə cəlb ediləcək və onlar iyunun 23-dən iyulun 1-ə kimi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyində güclərini sınayacaqlar.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0