Jak Roqq “Bakı-2020”-nin rəqibinə ultimatum verdi
10.05.2012 - 09:38
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqq Türkiyəyə ultimatum verib. Apasport.az saytının məlumatına görə, qrum rəhbəri qonşu ölkənin 2020-ci ildə həm Yay Olimpiya Oyunlarını, həm də futbol üzrə Avropa çempionatını keçirməyini məqsədəuyğun saymır.
Onun sözlərinə görə, Türkiyə hansı turniri keçirməklə bağlı seçimini etməlidir: “BOK Olimpiadanı keçirməyə namizədliyini verən ölkənin həmin ildə digər nəhəng idman tədbirini təşkil etməsinə icazə vermir. Bu, Olimpiya xartiyasına uyğun gəlmir”.
Roqq Türkiyənin Avropa çempionatına ev sahibliyi etməsini təəccüblə qarşılayıb. Onun fikrincə, bu ölkənin paralel olaraq, 2 möhtəşəm yarışı birdən keçirmək istəyi mayın 23-də Kvebekdə keçiriləcək iddiaçılarla bağlı seçimdə uğur qazanmaq şansını azaldacaq.
Qeyd edək ki, 2020-ci ildə Olimpiadanı keçirməkdə İstanbulla yanaşı, Bakı, Madrid, Doha və Tokio şəhərləri də iddialıdır.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0