Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb
10.05.2012 - 12:10
Bu gün sərbəst güləş üzrə Azərbaycan milli komandasının açıq məşqi olub. Apasport.az saytının məlumatına görə, məşqdə yığmanın baş məşqçisi Saypulla Absaidov mayın 12-13-də Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək güləşçilərin adlarını açıqlayıb.
Yarışda ölkəmizin idman şərəfini Mahmud Məhəmmədov, Cəlal Süleymanov (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev, Hacı Əliyev (hər ikisi 60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev, Aleksandr Qostiyev (hər ikisi 74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov, Novruz Temrezov (96 kq), Camələddin Məhəmmədov və Əli İsayev (hər ikisi 120 kq) qoruyacaqlar.
Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə milliləri qüvvələrini sınayacaqlar. Yarışın proqramına əsasən, mayın 11-də püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar 2 yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrudan görüşəcək.
Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14:30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14.00-da keçiriləcək.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0