Saypulla Absaidov: Əsas məqsədimiz Dünya Kubokunu qazanmaqdır
10.05.2012 - 12:41
“Dünya Kuboku Bakıda keçirildiyi üçün əsas məqsədimiz onu qazanmaqdır. Bunun üçün də yarışa döyüşkən heyətlə qatılırıq”. Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Saypulla Absaidov deyib.
O, mayın 12-13-də Azərbaycanda keçiriləcək Dünya Kuboku ilə bağlı fikirlərini açıqlayıb: “Bu, London Yay Olimpiya Oyunlarına son hazırlıq mərhələsidir və bizim üçün möhtəşəm yarış öncəsi böyük əhəmiyyət daşıyır. Dünya Kubokunda qalib gəlmək lazımdır ki, Olimpiadaya yüksək qələbə əzmi ilə yollanaq”.
Qeyd edək ki, 2009-cu ildə Dünya Kubokuna sahib olan yığmamız 2010 və 2011-ci illərdə yarışı bürünc mükafatla başa vurub.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0