Azərbaycanda növbəti 3 Olimpiadanı eksklüziv yayımlayacaq kanal bilindi
17.05.2012 - 14:29
London-2012-dən sonra Azərbaycanda daha 3 Olimpiya Oyunlarını yayımlayacaq televiziya kanalı məlum olub. Apasport.az saytının məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti növbəti 3 Olimpiadanın ölkəmizdə eksklüziv yayım hüququna sahib çıxıb.
Belə ki, SPORTFIVE International S.A. şirkəti ilə əldə olunmuş razılığa əsasən, 2014-cü ildə Rusiyanın Soçi şəhərində təşkil olunacaq XXII Qış Olimpiya Oyunları, həmin il Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunları və 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunları 1-ci Kanal vasitəsilə təqdim olunacaq.
Qeyd edək ki, İctimai Televiziya 2010-cu ildə Vankuver Qış Olimpiadası və Sinqapurda keçirilmiş yeniyetmələrin ilk Olimpiya Oyunlarını yayımlayıb. Bu il Londonda təşkil olunacaq XXX Yay Olimpiya Oyunlarının da eksklüziv yayım hüququ 1-ci Kanala məxsusdur.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0