Mehmet Terzi: Ramil Quliyevin Olimpiadaya yollanması üçün lazımı işləri davam etdiririk
28.05.2012 - 10:01
“Veriləcək qərara ümidlərim böyükdür. Çünki Beynəlxalq Atletika Federasiyası (İAAF) da Ramil Quliyevin Olimpiadada iştirak etməsini istəyir”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Atletika Federasiyasının (TAF) prezidenti Mehmet Terzi deyib.
Qurum rəhbəri “ay-ulduzlu” formanı seçən azərbaycanlı sprinter Ramil Quliyevlə bağlı məsələlərə aydınlıq gətirib. Terzi bildirib ki, 1 il öncə Türkiyə vətəndaşlığını qəbul edən atletlə bağlı İAAF-ın qərarını gözləyirlər: “Quliyevin Olimpiadaya yollanması üçün bütün lazımı işləri davam etdiririk. O da öz növbəsində London-2012-yə hazırlaşır. Lakin onun Türkiyə adına yarışması üçün İAAF-ın qərarını gözləyirik. Quliyev, daha öncə başqa 1 ölkəni təmsil etdiyi üçün 3 il gözləməsi lazımdır. Amma vətəndaşı olduğu ilk ölkənin və ya İAAF-ın icazəsi nəticəsində atlet Olimpiadada “ay-ulduzlu” formanı geyinə bilər”.
Qeyd edək ki, TAF İstanbulda keçirilən dünya çempionatında İAAF prezidenti Lamine Dyarkla görüşərək, Quliyevin məsələsində kömək istəyiblər.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0