Yoahim Löv: 1/4 finalın qapısını üzümüzə açdıq
14.06.2012 - 09:22
“Bu oyunda ikinci addım atmağı istəyirdik və 1/4 finalın qapısını üzümüzə açdıq. Mən hesab edirəm ki, növbəti matçda Danimarkaya qalib gəlməyimiz vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib. Avropa çempionatında hələ ki yüz faizli nəticə göstərən almanlar 1/4 finalın bir addımlığındadır. Bunun üçün Danimarka ilə matçda heç-heçə də yetərlidir. Ancaq Löv qələbə haqda düşünərək, Polşada qalmaq istəyir: “Axı onda heç yeri köçməli olmayacağıq və 1/4 finalı Qdanskda keçirəcəyik. Hər şey öz əlimizdədir. Oyun intensiv və çətin, mübarizənin gərginliyi isə yüksək alındı”.
Almaniyalı mütəxəssis etdiyi dubla oyunun qəhrəmanı olan hücumçu Mario Qomesin rolunu qeyd edib: “Qomesin qolları əla alındı. Onun asan olmayan mövsümdən sonra özünəinam artdı. Bu, onun üçün yaxşı idi. Bastian Şvaynştaygerin oyunu da daha yaxşı alınır. O, fiziki cəhətdən güclüdür və təkbətək aldada bilər”.
Löv matç öncəsi “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçin onların otelinə gəldiyini söyləyib: “O, Bastianla danışdı və Çempionlar Liqasının final oyununu xatırladılar. Şvaynştayger üçün uğursuz alınan həmin matçı yada saldılar. O da “Çelsi”nin prezidenti təbrik etdi. Görüş isti və dostluq şəraitində keçdi”.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0