“Onlar istənilən halda boş sahə tapacaq”
22.06.2012 - 18:36
“İspaniya yığmasına 2 komanda çətinlik yarada bildi. Onların hər ikisinin də qalib gəlmək şansı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransa milli komandasının baş məşqçisi Loran Blan deyib.
O, AVRO-2012-nin sabah keçiriləcək İspaniya ilə 1/4 final oyunu ərəfəsində qarşılaşma haqda fikirlərini açıqlayıb: “İtaliya müdafiə olunmaqla bunu etdisə, Xorvatiya oyununu inkişaf etdirməklə buna cəhd etdi. Düşünürəm ki, biz də ikincilərin yolunu seçəcəyik. İspaniya futbolu kimin xoşuna gəlmir ki? Baxımlı, göz oxşayan oyundur. Onların heyətində yüksək səviyyəli ustalar var. Əgər biz topu İspaniyadan daha çox özümüzdə saxlasaq bu əsl qəhrəmanlıq olacaq. Lakin topa nəzarət qələbəni təmin etmir. Biz İtaliya və Xorvatiya kimi oynayıb rəqibə boş sahə verməməliyik. Amma rəqib o qədər güclüdür ki, onların istənilən halda boş sahə tapacağını bilirəm. Biz sadə oynamalıyıq. Bu isə ən çətinıdir”.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0