Penaltilər seriyasında İtaliya sevindi - YENİLƏNİB
25.06.2012 - 01:24
AVRO-2012-nin final mərhələsində 1/4 final oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin sonuncu yarımfinalçısı Kiyevdə müəyyənləşib
D qrupunun qalibi İngiltərə milli komandası C qrupunun 2-cisi olan İtaliya ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib gələn komanda yarımfinala yüksəlməklə yanaşı AVRO-2012-nin mükafatını təmin edib.
Matçın qalibi isə oyunun əsas vaxtında müəyyənləşməyib. AVRO-2012-də ilk dəfə olaraq 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Belə olan halda rəqiblər əvvəl əlavə vaxtda qalibi müəyyənləşdirməli olublar. Lakin bu yarım saat da yarımfinalçının adına aydınlıq gətirməyib. Nəticədə komandalar oyunsonrası penaltilər seriyasında güclünü müəyyənləşdirib. Burada daha dəqiq olan İtaliya 4:2 hesabı ilə qalib gəlib. İlk səhvi italiyalı Montolivo etsə də, Yanq və Koulun imkandan yararlanmaması futbolun yaradıcılarını mükafatsız qoyub.
Qeyd edək ki, İtaliya yarımfinalda Almaniya ilə görüşəcək.
AVRO-2012
Final mərhələsi
1/4 final
İNGİLTƏRƏ – İTALİYA - 0:0,pen. 2:4
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Kiyev. “Olimpiyski” stadionu

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0