5-ci gündə 2 medal
23.06.2012 - 23:07
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, çempionatın beşinci günündə yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcələrində görüşlər keçirilib. Güləşçilərimiz bu günü 2 bürünc medalla başa vurub.
50 kq çəkidə mübarizə aparan Murad Bazarov ilk görüşdə bolqar Detelin Dimitrov (2:0, 4:0), ardınca erməni güləşçi Rudik Mkrtçyan (2:0, 6:0) üzərində inamlı qələbə qazanıb. Yarımfinal görüşündə rusiyalı Artur Labazanovla gərgin keçən görüşdə uduzan təmsilçimiz bürünc medal görüşünə çıxıb. Rumıniyalı Aleksandr Botezə heç bir şans verməyən (2:0, 6:0) Murad Bazarov gənclər arasında Avropa üçüncüsü olub.
74 kq çəki dərəcəsində təmsilçimiz Şamil Ertuqanov ardıcılı olaraq İtaliya, Danimarka və Ukraynadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda rusiyalı İslam Çarayevə (3:1, 1:0) uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Türkiyəli Doğan Göktaşla gərgin keçən görüşdən (2:0, 0:6, 0:1) qalib ayrılan Şamil Ertuqanov Avropa çempionatının bürünc medalını qazanıb.
96 kq çəkidə mübarizə aparan Hacımurad Çöpsiyev Avropa çempionatını 5-ci sırada tamamlayıb. İlk görüşdə serbiyalı güləşçini məğlub edən təmsilçimiz ikinci görüşdə rus Musa Evloyevə uduzub. Rusiyalı güləşçi finala çıxdığından təmsilçimiz təsəlliverici görüşlərə qatılıb və medal şansını saxlayıb. Təsəlliverici görüşdə bolqar güləşçi üzərində rahat qələbə qazansa da, Hacımurad Çöpsiyev bürünc medal görüşündə (0:1, 0:1) minimal hesabla uduzub.
Avropa çempionatında yunan-Roma güləşçilərinin ilk günkü mübarizəsində yığmamız 2 bürünc medal qazanıb.
İyunun 24-də gənclərin Avropa çempionatında 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0