Yoahim Löv məğlubiyyətin səbəbini açıqladı
29.06.2012 - 08:29
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv AVRO-2012-nin yarımfinalında İtaliyaya 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı rəqibinə qarşı oynamağın çətin olduğunu etiraf edib.
Onun sözlərinə görə, ikinci hissənin əvvəlində 1 qol vursaydılar, nəticə tam başqa olacaqdı: “İlk hissə bizim üçün yaxşı keçmədi və qapımızda 2 qol gördük. Bu da işimizi çətinə saldı. Bununla yanaşı, 0:2 hesabı ilə İtaliyaya qarşı oynamaq da çətindir. Onlar hamısı müdafiəyə çəkilmişdilər. İkinci hissədə isə 1 neçə qol imkanları yaratdıq. Əgər bunlardan birindən istifadə edə bilsəydik, nəticə və oyun fərqli olacaqdı”.
Löv bildirib ki, yarışda mübarizəni dayandırdıqları üçün məyusdurlar: “Düzdür, yetirmələrim ürəklə sona kimi oynadılar. Lakin məğlub olmuşuq və məyusuq. Bunun üçün məğlubiyyətdən nəticə çıxarıb, gələcəkdə daha yaxşı oynayacağımıza ümid edirəm”.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0