“Qızıl buts” da İspaniyaya getdi
02.07.2012 - 09:43
AVRO-2012-nin ən məhsuldar futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirdə 6 futbolçu eyni sayda qol vursa da, “Qızıl buts” mükafatı İspaniyaya gedib.
İspaniya yığması ilə ardıcıl 2-ci dəfə çempionluq qazanan Fernando Torres özü kimi 3 qol vuran digər 5 oyunçunu əlavə göstəricilərdə qabaqlayıb. Belə ki, əvvəlki illərdən fərqli, son çempionatlarda yarışın bombardiri əlavə göstəricilərin köməyi ilə müəyyənləşir. Burada ilk növbədə məhsuldar ötürmələr, ardınca isə meydanda daha az dəqiqə keçirmək nəzərə alınır.
Hərəyə 3 qol vuran 6 futbolçudan isə yalnız ikisi məhsuldar ötürmə verib. Bunlar Torres və Almaniya yığmasının hücumçusu Mario Qomesdir. Lakin Torres AVRO-2012-də cəmi 189 dəqiqə meydanda olub. Marioda isə bu rəqəm 282-yə bərabərdir. 3-cü olan rusiyalı Alan Dzaqoyev 253 dəqiqəyə 3 qol vurub.
Lakin o, məhsuldar ötürmə verməyib. Bu 3 futbolçudan başqa Mario Mandjukiç (Xorvatiya), Kriştianu Ronaldo (Portuqaliya) və Mario Balotelli (İtaliya) də hərəyə 3 qol vurub.
Qeyd edək ki, Torres 3-cü qolunu da, yeganə məhsuldar ötürməsini də İtaliya ilə final oyununda hesabına yazıb.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0