Hər yerdə birinci
02.07.2012 - 18:27
İspaniya milli komandasının baş məşqçisi Visente del Boske dünya futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yetirmələri ilə birlikdə AVRO-2012-nin qalibi olmaqla 1 rekord müəyyənləşdirib, digərinə şərik olub.
Belə ki, 2 il əvvəl İspaniya yığmasını dünya çempionluğuna daşıyan del Boske almaniyalı Helmut Şöndən sonra ikinci məşqçi olub ki bu turnirlərdə çempion olub. Bu cütlükdən başqa heç kim həm dünya, həm də Avropa çempionu titulunu baş məşqçi kimi əldə etməyib.
Lakin şərikindən fərqli ispaniyalı çalışdırıcının avrokuboklarda da uğuru var. Madrid “Real”ı ilə Çempionlar Liqasını da qazanan del Boske həm avrokubok, həm dünya çempionatı, həm də Avropa birinciliyində çempion olan ilk mütəxəssis kimi adını tarixə yazdırıb.

- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
0
0