Olimpiya medalları üçün mükafatlar müəyyənləşdi
03.07.2012 - 18:03
Birinci yer tutan hər bir idmançıya 400 min manat veriləcək. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam verib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0