Avropa çempionatında 2 günə 8 medal
19.07.2012 - 10:27
Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2-ci yarış günü Azərbaycan pəhləvanları daha bir dəst medal qazanıblar.
63 kq çəki dərəcəsində çıxış edən Ənvərbəy Dalqatov İsrail, Latviya və Ukrayna güləşçilərini məğlub edərək finala çıxıb. Həmyerlimiz həlledici görüşdə isə Bolqarıstan təmçilçisi üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
76 kq çəkidə Məhəmmədhacı Muxutov Ukrayna, Moldova, Gürcüstan və Türkiyə nümayəndələrinə qalib gəlib, qızıl medal uğrunda görüşdə Rusiya güləşçisinə uduzaraq 2-ci olub. 54 kq çəkili pəhləvanımız Elçin Vəliyev isə medal kolleksiyamıza bürünc əlavə edib.
Xatırladaq ki, sərbəst güləş yarışlarının ilk günü 5 sərbəst güləşçimiz döşək üzərinə çıxıb ki, onların da hamısı medal qazanıb. 50 kq-da çıxış edən Ruslan Surxayev finalda türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olub. Coşğun Məmmədov (42 kq), Cahid Həsənzadə (58 kq) və Çermen Baqayev (85 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb. 69 kq-da yarışan Şamil Sadullayev isə bürünc medala yiyələnib.
Beləliklə, qazanılan 2 qızıl, 4 gümüş və 2 bürünc medal sayəsində Azərbaycan yığması komanda hesabında Rusiya ilə birgə 78 xal toplasa da, qızıl medalların sayına görə Rusiya 1-ci, Azərbaycan 2-ci olub. İlk “üçlüyü” 48 xalla Ukrayna tamamlayıb.
Bu gün Avropa çempionatında yeniyetmə qızlar mübarizəyə başlayır.

0
0