Avropanın 5-cisi
20.07.2012 - 18:50
Azərbaycan klubları avrokubokların 2012/13 mövsümünün arxada qalan hissəsində uğurlu çıxış edib. Apasport.az saytının məlumatına görə, 4 komandamız üst-üstə keçirdiyi 9 matçda UEFA reytinqində ölkəmizin hesabına 1,500 xal yazıb. Bu isə bu dövr üçün kifayət qədər yaxşı göstəricidir.
Ümumiyyətlə cari – yeni başlayan mövsümdə yalnız 6 ölkə 1,500 və ya daha çox xal toplayıb. Bunlardan da 3-ü oynamadan buna nail olub. Belə ki, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqələr sayəsində bonus xallar toplayan ölkələr ilk sıralarda qərarlaşıb.
Yaşıl meydanlarda toplanan xallarla isə yalnız 3 ölkə 1,500-ü fəth edib. Buna Azərbaycan, Finlandiya və Moldova nail olub. Sonuncular Avropada 4-cüdürsə, Azərbaycan Finlandiya ilə 5-ci yerə şərikdir.
2012/13 mövsümündə ən azı 1,5 xal toplayanlar
1. İngiltərə - 2,285
2-3. İspaniya – 1,714.
Almaniya - 1,714
4. Moldova – 1,625
5-6. Azərbaycan – 1,500
Finlandiya – 1,500

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0