Olimpiada üçün “10-luq”
21.07.2012 - 09:48
İstanbulda keçiriləcək Şahmat Olimpiadası üçün Azərbaycan millilərinin ilkin heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Aleksandr Tukmakovun rəhbərlik etdiyi kişilərdən ibarət yığmaya Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Eltac Cəfərli və Qədir Hüseynov çağrılıblar. Lakin ukraynalı Olimpiya çempionunun heyətdə son anda dəyişiklik etməsi istisna olunmur.
Qadınlardan ibarət komandamızın kapitanı Fikrət Sideyfzadə isə milliyə Zeynəb və Türkan Məmmədyarova bacılarını, Gülnar Məmmədova, Xəyalə İsgəndərova və Nərgiz Umudovanı dəvət edib.
Qeyd edək ki, Olimpiada avqustun 28-də start götürəcək və sentyabrın 9-da başa çatacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0