Cüdoçularımız olimpiadaya hazırdırmı?
23.07.2012 - 08:03
Cüdo yığmamızın baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında davam edən və London Olimpiadasına hazırlığın son mərhələsi sayılan İsmayıllı toplanışı başa çatıb. Apasport.az saytının xəbərinə görə, Avropa Cüdo İttifaqının Barselonada (İspaniya) təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışından dərhal sonra İsmayıllıdakı Olimpiya İdman Kompleksinə cəmləşən yığmanın heyətində əsasən ölkəmizi London Olimpiadasında təmsil edəcək cüdoçular, o cümlədən İlqar Müşkiyev (60k q), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Usubova (63 kq) yer alıb.
Yüksək dağ şəraitində fiziki hazırlıqla yanaşı, taktiki və texniki hazırlıq səviyyəsini bir qədər də artıran cüdoçularımız iyulun 24-də Londona yola düşəcəklər.
Yüksək dağ şəraitində fiziki hazırlıqla yanaşı, taktiki və texniki hazırlıq səviyyəsini bir qədər də artıran cüdoçularımız iyulun 24-də Londona yola düşəcəklər.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0