Yunan-Roma güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır
23.07.2012 - 10:13
Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, son yarış günü yunan-Roma növündə daha 5 çəkidə qaliblər müəyyənləşib.
76 kq çəki dərəcəsində çıxış edən güləşçimiz İslam Abbasov Rusiya, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
46 və 54 kq çəkilərdəki təmsilçilərimiz isə qızıl medala çox yaxın olsalar da, yekunda 2-ci yerlə kifayətləniblər. Ardıcıl 4 görüşdə qələbə qazanan Mikayıl Rəhmanov (46 kq) finalda Gürcüstan, 3 görüşdə döşəyi qalib tərk edən Kərim Cəfərov (54 kq) isə həlledici qarşılaşmada Rusiya idmançısına uduzub.
63 kq çəki dərəcəsində yarışan Ruhin Mikayılov medal kolleksiyamıza bürünc əlavə edib.
Xatırladaq ki, yunan-Roma güləşçilərinin ilk yarış günü Murad Məmmədov (58 kq) gümüş, Sənan Süleymanov (42 kq) isə bürünc medala yiyələnmişdi. Komanda hesabında Azərbaycan 64 xalla 3-cü yeri tutub. Birinci yerə isə 67 xalla Gürcüstan millisi layiq görülüb.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0