Olimpiadada hicab qadağası
27.07.2012 - 12:42
Səudiyyə Ərəbistanın Olimpiya yığmasının cüdoçusu Vocan Əli Seraj Əbdülrəhim Şaherxani Londonda problemlə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, idmançı tatamiyə hicabsız çıxmaq məcburiyyətində qalıb.
Avqustun 3-də ağır çəkidə döyüşəcək Şaherxaninin belə çıxış etməli olmasına Beynəlxalq Cüdo Federasiyasının prezidenti Mariuş Vizer də münasibət bildirib: “O, tatamiyə baş örtüksüz çıxacaq. Bu cüdonun prinsiplərinə və ruhuna uyğundur. Yəni, idmançı hicabsız olmalıdır”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlara uzun müddət idman yarışlarında çıxış etməyə qadağa qoyulmuşdu. Ölkənin dini meylli liderlərinin fikrincə, idmançı olmaq qadınların təbiətinə ziddir.

- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
0
0