London Olimpiadasının Təşkilat Komitəsi Azərbaycandan üzr istədi
27.07.2012 - 15:30
2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi (LOGOC) Azərbaycan nümayəndə heyətindən rəsmi qaydada üzr istəyib. Bu haqda Lent.az-a London olimpiadasında Azərbaycanın şef de-missionu İlham Mədətov məlumat verib.
İ.Mədətovun sözlərinə görə, LOGOC Rusiya olimpiya yığmasında yer alan erməni əsilli boksçu David Ayrapetyanın doğum yeri Bakı şəhərinin səhvən Rusiya ərazisi kimi göstərildiyini anlayıb. Bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə məktub göndərən Təşkilat Komitəsi üzrxahlığını çatdırıb. Eyni zamanda “www.london2012.com” saytında Azərbaycanla bağlı məlumatlardakı səhvlərin düzəldiləcəyinə söz verilib: “Hazırda bu istiqamətdə iş gedir”.
Qeyd edək ki, 49 kq çəki dərəcəsində çıxış edən David Ayrapetyan 26 sentyabr 1983-cü ildə Bakıda doğulub. O, Ermənistanla Azərbaycan arasındakı münaqişənin başladığı illərdə Rusiyaya köçüb.
“www.london2012.com” saytında həm də Azərbaycanın müstəqil ölkə kimi ilk qızıl medalı guya 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı yazılıb. Üstəlik, qızıl medal sahibi Elnur Məmmədlinin soyadı “Memmedi” kimi göstərilib. Digər cüdoçumuz Nazim Hüseynov 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında MDB yığmasının tərkibində çempion olduğu halda, saytda onun 1996-cı il Atlanta olimpiadasında qızıl medala sahib olduğu əksini tapıb. Nəhayət, Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyovun soyadı “GADJIBECOV” kimi göstərilib.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0