Olimpiya paradından keçəcək nümayəndə heyətimizin sayı “apasport”da!
27.07.2012 - 16:06
“Rəsmi açılış mərasimində paraddan keçəcək Azərbaycan nümayəndə heyəti 45 nəfərdən ibarət olacaq”. Bunu apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, öncə paraddan 70 nəfərə yaxın heyətlə keçməyimiz nəzərdə tutulsa da, sonradan bu rəqəm dəyişib: “İdmançılarımızın bir hissəsinin açılışdan sonra Londona gəlməsi səbəbindən paraddan 30 idmançı və 15 rəsmi heyətimiz keçəcək. Bayraqdarımız Olimpiya çempionu Elnur Məmmədli olacaq. Rəsmilərimizdən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da paraddan keçəcək”.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0