“İlqar Müşkiyevin məğlubiyyəti ondan çox məni yandırır”
28.07.2012 - 20:03
“İlqar Müşkiyevin məğlubiyyəti ondan çox məni yandırır”. Bu sözləri apasport.az saytının Londona ezam olunan əməkdaşına cüdo yığmamızın məşqçisi Hacağa Hacıəhmədov deyib.
Azərbaycan cüdoçusu İlqar Müşkiyev bu gün Yay Olimpiya Oyunlarında mübarizəyə qoşuldu. Amma təəssüf ki, həmyerlimiz 1/16 finalda erməni Ovanes Davtyana uduzmaqla, yarışlardan kənarda qalıb.
Hacıəhmədov əməkdaşımızın "İlqarın məğlub olmasının səbəbini nədə axtarmaq olar" sualına belə cabav verib: “Mən onu tatamiyə çıxaranda da demişdim ki, boşalmaq, dayanmaq və başlıcası təşəbbüsü əldən vermək olmaz. Taktiki baxımdan İlqar əvvəldən hər şeyi düz başladı. Bütün qarşılaşma boyu üstünlüyü saxlaya bilmişdi. Əlavə vaxtda rəqibi artıq yorulmuşdu. Tutmalarda və fəallıqda üstünlük aşkar idi. Belə də davam etmək lazım idi. İlqara onu da tapşırmışdıq. Ancaq bu uşaqda bəzən gözlənilməz hərəkətlər olur. O yerdə yıxılmaq olmazdı. Yəni, bu fənd keçən deyildi. Niyə belə etdi, bilmirəm. Səbəbi nə ola bilər? Ancaq təcrübəsizlik, təcrübəsizlik və qarşı tərəfin təcrübəsi. Şansı əldən verdi. Bəlkə də məhz bu rəqibin ilk qarşılaşmada qabağına çıxması da təsirini göstərdi. Ancaq yenə də təcrübəsizlik əsas səbəbdir”.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0