“Özümü Olimpiadada medal qazanmağa hazır hiss edirəm”
29.07.2012 - 13:52
“14 ildir ki, ağır atletika ilə məşğul oluram. Özümdə qüvvə hiss etdim və ştanqı qaldırdım”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Olimpiya millisinin ağırlıqqaldıranı Boyanka Kostova deyib.
Sabah Olimpiadada mübarizəyə qoşulacaq 19 yaşlı idmançımız hədəflərini açıqlayıb. Olimpiya Oyunlarında toplam start çəki 225 kq sifariş verəcək Kostova Ağır Atletika Federasiyasının rəsmi saytına bildirib ki, özünü medal qazanmağa hazır sayır: “Mən artıq Sinqapur Olimpiadasında iştirak etmişəm və birinci yeri tutmuşam. Əminliklə deyə bilərəm ki, yenidən olimpiadada iştirak etsəm medal götürəcəyəm. Özümü buna hazır hiss edirəm”.
Boyankanın əsas rəqibləri sırasında Nastasiya Novikova (Belarus), Hsinq-Çun Kuo (Tayvan), Pimsiri Sirikaev (Tailand) və Çun Mi Yonq (Şimali Koreya) yer alırlar.
Qeyd edək ki, bolqar əsilli idmançımız 2009-cu ildə yeniyetmələr arasında dünya çempionu (Tailand), 2010-cu ildə Avropa çempionatının gümüş mükafatçısı (Belarus), 2010-cu ildə Yeniyetmələr arasında ilk Olimpiya oyunlarının qalibi (Sinqapur), 2012-ci ildə Avropa çempionu (Türkiyə) və 2011-ci ildə Azərbaycan çempionu adına yiyələnib.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0