Olimpiya medalı hamamda sındı
30.07.2012 - 18:20
Braziliyalı cüdoçu Felipe Kitadainin London Olimpiadasında qazandığı bürünc medalı sınıb. Apasport.az saytının məlumatına görə, 60 kq-da döyüşən idman mükafatlandırma mərasimindən sonra duş qəbul etməyi qərara alıb, mükafatını özü ilə hamama götürüb. Orada medal döşəməyə düşərək, bir neçə hissəyə qırılıb: “Mən medalı dişimlə sıxırdım. Çünki onun yaş olacağından qorxurdum. Bu zaman medal sürüşərək, yerə düşdü”.
Braziliyanın Londona yollanan nümayəndə heyətinin rəhbəri Bernard Rayzman artıq Beynəlxalq Olimpiya Komitəsinə qırılan medalın yenisi ilə əvəzlənməyi haqda müraciət edib.
Braziliyanın Londona yollanan nümayəndə heyətinin rəhbəri Bernard Rayzman artıq Beynəlxalq Olimpiya Komitəsinə qırılan medalın yenisi ilə əvəzlənməyi haqda müraciət edib.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
0
0