Londonda boksçumuzdan daha 1 medal! - YENİLƏNİB
07.08.2012 - 01:57
Bu gün London Olimpiadasının boks yarışında Azərbaycan millisinin daha bir üzvünün medala sahib olması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, +91 kq çəki dərəcəsində dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 finalda rusiyalı Məhəmməd Ömərova qalib gələrək, yarımfinala yüksəlib. Bununla da o, ən azı bürünc medalı özünə təmin edib.
Görüş isə əvvəlcədən də proqnozlaşdırıldığı kimi gərgin keçib. Belə ki, ilk raundda hər 2 boksçunun 4 dəqiq zərbəsi qeydə alınıb. İkinci hissədə rəqib təşəbbüsə yiyələnib və xal fərqində önə keçməyi bacarıb – 7:6 (11:10).
Lakin bundan sonra ruhdan düşməyən dünya çempionumuz zərbələrinin sayını artırıb. Fiziki cəhətdən də zəif təsir bağışlayan Ömərov təmsilçimiz qarşısında aciz görünüb və 3:7 hesabı ilə uduzub. Ümumi hesabda 17:14 hesabı ilə qalib gələn Məhəmmədrəsul yarımfinala yüksələn ikinci boksçumuz olub. Ondan öncə Teymur Məmmədov (91 kq) da 1/4 final səddini aşmışdı. Onların hər ikisinin medalının əyarı isə növbəti görüşlərdən sonra bilinəcək.
Qeyd edək ki, Londona 53 idmançı ilə yollanan Azərbaycan millisinin aktivində hələlik 1 gümüş və 2 bürünc medal var.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0