“Məcidov rinqdə daha fəal çalışırdı ki, bu da qələbəyə gətirdi”
07.08.2012 - 10:34
“Super ağır çəkidə çıxış edənlərin döyüşü həmişə çox çətin olur. Fikrimcə, Ömərov Məcidovla döyüşün 3-cü raundunda psixoloji cəhətdən yoruldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya Boks Federasiyasının (RBF) direktoru Yevgeni Sudakov deyib.
AİBA-nın beynəlxalq dərəcəli hakimi London Olimpiadasında +91 kq-da çıxış edən Məhəmməd Ömərovla (Rusiya) Məhəmmədrəsul Məcidovun (Azərbaycan) 1/4 final mərhələsindəki döyüşünü şərh edib.
Sudakov Ömərovun həlledici olan son raundda yorulduğunu, Məcidovun isə əksinə, daha inamlı təsir bağışlayaraq, döyüşü 17:14 hesabı ilə öz xeyrinə başa çatdırdığını bildirib: “Biz onunla təəssüflənirik ki, Məhəmməd məhz son raundda uduzdu. Son dəqiqələr tam məzmunsuz çıxış edirdi. Bu dəqiqələrdə Məcidov rinqdə daha fəal çalışırdı ki, bu da qələbəyə gətirdi”.
RBF-nin rəsmisi Məcidovun güclü olduğundan, qələbəsinə kölgə salmır: “Mən çox üzülmüşəm, çünki Ömərov ilk raundda qalib gəldi. Ancaq boks boksdur və bu döyüşdə güclü qalib gəldi. Məcidov qalib gəldi, çünki döyüşün axarını öz xeyrinə dəyişə və kimin güclü olduğunu göstərə bildi. Ancaq Məhəmmədin bu gün hazırlığı pis deyildi. Onun uduzduğu məyusedicidir”.
Qeyd edək ki, Məcidov bu qələbə ilə London Olimpiadasının medalsız başa vurmayacağını və ölkəmizə hesabına 5-ci mükafatı yazdırdığını rəsmiləşdirdi.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0