İdmançımız olimpiadadan imtinasının səbəblərini açıqladı
07.08.2012 - 12:18
“Londona problemlərlə gəlmişdim. Dişlərim ağrıyırdı, temperaturum var idi. 6 gün məşqlərdən kənar qaldım. Bu da formama təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Veliçko Çalakov deyib.
London Yay Olimpiya Oyunlarına yollanan, lakin zədə üzündən mübarizəyə qoşulmayan idmançı Bolqarıstan mətbuatına açıqlamasında gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyin hökm sürdüyünü bildirib: “2 gün əvvəl sağ biləyimi əzdim. Belə vəziyyətdə Olimpiadaya qatılmamağa qərar verdim. Yarışda çıxış etməməyim azərbaycanlıları o qədər də üzmür. Çünki durumumu görürdülər. İndi gələcəyimin necə olacağını bilmirəm. Bolqarıstana qayıdıb Azərbaycandan zəng gözləyəcəyəm. Yenidən ora getməyə hazıram. Mən Azərbaycanın idmançısıyam. Federasiya rəhbərliyi avqustun sonunda yığışacaq. Onların mənimlə bağlı hansı qərar verəcəyindən asılı olmayaraq, 2 il üçün təşəkkür etməliyəm”.
Qeyd edək ki, Çolakov Afina-2004-də Bolqarıstanı təmsil edərək Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0