Bayramovdan karyerası ilə bağlı şok qərar
07.08.2012 - 15:23
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, London Olimpiadasının gümüş medalçısı Rövşən Bayramov karyerasını başa vura bilər. Bu barədə apasport.az saytına Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Məhəmməd Əliömərov məlumat verib.
O bildirib ki, 25 yaşlı pəhləvan növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək fikrində deyil. Çünki Bayramov 4 il sonra Braziliyada təşkil ediləcək mötəbər yarışa məşqçi kimi yollanmaq istəyir.
“Rövşənin növbəti Yay Olimpiya Oyunlarında 29 yaşı olacaq. Düşünürəm ki, həmin vaxt məşqçi postunda, yaxud digər vəzifədə işləyəcək. Onun məşqçiliyə keçmək istəyi böyükdür. Söhbət Rövşənin ardıcıl 2 olimpiya oyunlarının finalında uduzub, çempion ola bilməməyindən getmir. Rövşən çox istedadlı, ağıllı idmançıdır. Onun təcrübəsi böyükdür və yolunu gənclərə verə bilər” – deyə, vitse-prezident bildirib.
Xatırladaq ki, Bayramov 4 il öncə Pekində olduğu kimi, hazırda Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Mehman SÜLEYMANOV

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0