Tarix təkrarlanacaqmı?
08.08.2012 - 23:50
Avqustun 9-da Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet 2012-ci il London Yay Olimpiya Oyunlarında əsas final yürüşünə qatılacaq. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə həlledici yürüş Bakı vaxtı ilə saat 13:30–da start götürəcək.
Bu mərhələdə təmsil olunan ölkələr ötən il Macarıstanın Seqed şəhərindəki dünya çempionatının finalçılarıdırlar. Fərq isə ondadır ki, indi finalda 9 yox, 8 cütlük çıxış edəcək. Yəni, Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan) dueti olimpiadaya vəsiqə qazana bilməyib. Almaniyanı bu dəfə Stefan Holts – Tomaş Vılenjek dueti deyil, Peter Kretşmer - Kurt Kuşela cütlüyü təmsil edir. Qalan ölkələrin təmsilçiləri isə dəyişməyib.
Ötənilki dünya çempionatının finalında da Bezuqlıy – Prokopenko duetinin digər rəqibləri Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya), Maosinq Huanq – Li Kianq (Çin), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Serxuey Torres – Xose Karlos Bulnes (Kuba) olmuşdu. Həmin vaxt qızıl medalı 3 dəqiqə 31,070 saniyə nəticə ilə Holts – Vılenjek dueti qazanmışdı. İndi Kretşmer – Kuşela duetinin onları nə dərəcədə layiqincə əvəz edib-etməyəcəyi bilinmir. Seqeddəki dünya çempionatında gümüş medala 3 dəqiqə 31,952 saniyə göstərici ilə Bezuqlıy – Prokopenko dueti layiq görülmüşdü. Bürünc medal isə finişə 3 dəqiqə 32,264 saniyəyə çatan Dumitresku – Mixalaki duetinə qismət olmuşdu. Sonrakı yerləri çexiyalı (3:33.020), rusiyalı (3:34.292), belaruslu (3:35.282), kubalı (3:36.974) və çinli (3:40.262) duetlər tutmuşdu.
Görəsən, tarix təkrarlanacaqmı?

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0