Dünya çempionatında 2 medal
12.11.2012 - 18:55
Belarusda keçirilən sambo üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması mundialı 2 medalla başa vurub.
Həmyerlilərimizdən İslam Qasımov (57 kq) dünya çempionu adını qazanıb. O, finalda tacikistanlı Akmallidin Kərimovu məğlub edib. Döyüş sambosunda isə İmran Cəfərov komanda yoldaşının uğurunu təkrarlaya bilməyib. Həmyerlimiz finalda Sergey Qreçihoya (Litva) uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, komanda hesabında Rusiya millisi birinci olub.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0