“Azərbaycandan ən azı İvan Stoitsovu geri alacağıq”
14.12.2012 - 12:34
Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasından imtina edən bolqarıstanlı legionerlərin taleyinə federasiya prezidentlərinin görüşündə aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev həmyerliləri Boyanka Kostova, İvan Stoitsov və Veliçko Çolakovun yenidən Balkan təmsilçisinin şərəfini qoruması üçün azərbaycanlı həmkarı Cahangir Əsgərovla danışıqlar aparacaq.
Bu görüş Bakıda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının konqresində zamanı gerçəkləşəcək. Kolev Əsgərovla 1 gün öncə danışıb, məsələni yoluna qoymaq istəsə də, onların görüşü baş tutmayıb. Buna səbəb Əsgərovun İsveçrədə olması ilə əlaqədar konqresə qatılmamasıdır.
Lakin Kolev bu görüşlə bağlı nikbin fikirdədir: “3 idmançımızdan ən azı birinin geriyə qaytarmaq şansımız böyükdür. Fikrimcə, bu İvan Stoitsov ola bilər. Boyanka ilə Veleçkonun məsələsi isə daha çətindir. Onlar Olimpiadada da Azərbaycanın şərəfini qoruyublar. Ümid edirəm ki, ən azı Stoitsovu geri qaytaracağıq”.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0