Bakı klubu fransızla anlaşdı
08.02.2013 - 16:16
“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) VIII turunun “Baku Fires” (Azərbaycan) və Rusiya komandaları arasında keçiriləcək matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, WSB liqasının supervayzeri Sidi Muhammed Moustahsane döyüş haqda məlumat verdikdən sonra rinqə çıxacaq boksçuların çəkisi müəyyənləşdirilib.
Rusiya komandasının məşqçisi Yuri Yemelyanov 85 kq çəki dərəcəsində mübarizə aparan Dmitri Bivolun xəstələndiyindən Bakıya gələ bilmədiyini bildirib. Bununla belə, o, “Baku Fires”lə döyüşdə rəqibə ciddi müqavimət göstərəcəklərini də deyib: “Sabah bizi 4 boksçu təmsil edəcək. Ancaq heyətdə olan idmançılar Azərbaycana məğlub olmaq üçün gəlməyiblər. Onların hər biri Baku Fires klubunun üzvləri ilə sonadək döyüşəcək”.
Yemelyanov Rusiya milli komandasının liderlərinin nəyə görə WSB liqasında təmsil olunmamasına da aydınlıq gətirib: “Yığma komandaya köhnə-yeni baş məşqçi Aleksandr Lebzyak təyin olunub. Hazırda komanda Kislavodskda təlim-məşq toplanışındadır. Lebzyak komandanı Macarıstan, eləcə də Bolqarıstanda keçiriləcək turnirlərdə sınayacaq. Ona görə də o, liderlərin hansı formada olmasını bilmək istəyir. Həm də hələ ki WSB ilə federasiya və olimpiya boksu arasında bir ortaq məxrəc tapılmayıb. Lebzyakın işi komandanı Braziliya Olimpiadasına hazırlamaqdır. Bu səbəbdən də o, bütün güclü boksçuları sərəncamında görmək istəyir”.
Qonaqların baş məşqçisi “Baku Fires”in liqada qalib gəlmək perspektivlərini də dəyərləndirib: “İş elə gətirib ki, bu il bir çox güclü komandalar B qrupuna cəmləşib. Orada “Astana Arlans” klubunun çox yaxşı heyəti var. Hazırda B qrupunda Ukrayna komandası 4-cü yerdə gedir. Əgər “Baku Fires” pley-off-da onlarla qarşılaşsa, kimə üstünlük verəcəyimi deyə bilmərəm. Hətta ola bilər ki, 2 döyüşün nəticəsinə görə, heç-heçə olsun, əlavə görüş keçirilsin. Bir sözlə, “Baku Fires”ə 1/4 final mərhələsində asan olmayacaq”.
Azərbaycan komandasının baş məşqçisi Nuripaşa Talibov İaqo Kiziria ilə Dmitri Bivol arasında döyüşün keçirilməyəcəyindən təssüffləndiyini qeyd etdi: “Bivol təcrübəli idmançıdır. Biz onu Bakı rinqində görmək istərdik. Nə etmək olar? Kiziria döyüşsüz qalib elan olunacaq. Sabah komandamızda 2 boksçu debüt edəcək. Elvin Məmişzadə Avropa çempionatının gümüş mükafatçısıdır, Olimpiya oyunlarının iştirakçısıdır. Təcrübəli idmançıdır. Amma WSB liqasında ilk döyüşünə çıxacaq. Məhəmmədəli Ukayev isə gənc və perespektivlidir. Biz bilmək istəyirik ki, o nəyə qadirdir”.
Talibov qrup mərhələsinin görüşləri başa çatdıqdan sonra heyəti gücləndirə biləcəklərini vurğulayıb: “1/4 finaldan öncə komandalar heyətlərinə legioner boksçular cəlb edə bilərlər. Yerli idmançını isə mövsüm ərzində istənilən vaxt sifariş etmək olar. Biz 85 kq çəki dərəcəsində fransalı Lüdovik Qreque ilə anlaşmışıq. Onun WSB liqasında böyük təcrübəsi var. Pley-off qarşılaşmalarında komandamıza kömək edəcək”.
Qeyd edək ki, “Baku Fires” – Rusiya görüşü fevralın 9-da saat 19:00-da başlayacaq. “Baku Fires” 7 görüşdən 21 xal toplayaraq A qrupunun vahid lideridir. Rusiya isə isə 4 oyundan 4 xal yığaraq, 5-ci yeri tutur.

- İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Beynəlxalq Olimpiya Komitəsindən MOK-a cavab
0
0