Dünya Kubokunda 4-cü yer
25.02.2013 - 15:03
Belçikanın Gent şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında keçirilən Dünya Kuboku yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı “Neftçi” İSM-in üzvləri Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bunyadova bacıları təmsil ediblər.
Şəxsi yarışlarda idmançılarımızdan ən yaxşı nəticəni Sevil Bunyadova göstərib. O, 160 idmançı arasında 20-ci olub.
Komanda yarışında isə qızlarımızın çıxışını uğurlu saymaq olar. Belə ki, dünya reytinqində 8-ci olduğumuz üçün komandamız yarışlara 1/16 finaldan yox, 1/8-dən başlayıb və ilk rəqibi dünya reytinqində 9-cu olan Almaniya yığması olub. Azərbaycan yığması Almaniya komandasına 45:28 hesabı ilə qalib gəlib. 1/8 finalda isə qılıncoynadanlarımız dünya çempionu Rusiya yığmasını çoxlarının gözləmədiyi halda məğlub ediblər – 45:41.
Yarımfinalda İtaliya yığmasına 43:45 hesabı ilə uduzan qızlarımız, 3-cü yer uğrunda ABŞ idmançıları ilə qarşılaşıblar. Heyətində olimpiya çempionu və mükafatçılarının yer aldığı rəqibə 35:45 hesabı ilə məğlub olan qızlarımız Dünya Kubokunu 4-cü yerdə başa vurmaqla, ümumi reytinqdə 7-ci yerə yüksəliblər.

- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
0
0