Bakıda beynəlxalq boks turniri başladı
11.05.2013 - 15:25
“Sərhədçi” İdman Olimpiya Mərkəzində mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Özbəkistan və İsrailin ümumilikdə 131 idmançısı mübarizə aparır. Azərbaycan boksçularından yarışın ilk günündə İbrahim İmanov, Ağasif Eyniyev, Elcan Qafarlı (hamısı 48 kq), Qüdrət Quliyev (50 kq), Yaqub Tağızadə (52 kq), Elxan Əliyev, Şamil İbrahimzadə (hər ikisi 60 kq) öz döyüşlərini qələbə ilə başa vurublar.
Qeyd edək ki, yeniyetmələrin bu il əsas yarışı avqustda Kiyevdə keçiriləcək dünya birinciliyidir. Məhz bu turnirdə özünü yaxşı tərəfdən göstərən boksçular milli komandanın heyətinə cəlb olunacaqlar. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışa mayın 14-də yekun vurulacaq.

- Polad Rzayev Avstriyada beynəlxalq turnirində çıxış edəcək
- “İdman həftəsi” çərçivəsində keçirilən bilyard çempionatı başa çatıb
- MOK-un İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası keçirilib
- Formula 1: Azərbaycan Qran Prisi 2025-ə marşal qeydiyyatı başladı - FOTO
- Polad Rzayev ölkəmizi paralimpiyanın dağ xizəyi növündə təmsil edəcək
0
0