“Arvadı, uşağı var idi, indi 3-cü dəfə evlənir”
23.05.2013 - 15:04
Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov yığmamızdan imtina edən bolqarıstanlı İvan Stoitsovun vətənindən Çexiyaya qaçmasına, baş məşqçimiz Zlatan Vanev və digər rəsmi şəxslər barədə söylədiyi ittihamlara münasibət bildirib. O, apasport.az saytına müsahibəsində bütün qaranlıq məqamlara aydınlıq gətirib, idmançının komandamıza lazım olmadığını bəyan edib.
- Azərbaycan millisinə qayıtmaq istəməyən İvan Stoitsovla Boyanka Kostova Bolqarıstanı tərk ediblər. İvanın hətta taxta sexində işləyəcəyi bildirilir...
- İstəyirlər Çexiyaya, istəyirlər başqa yerə getsinlər. Biz öz təklifimizi demişik: idmançılarımızı qovmuruq! Kostova yığmamızın üzvüdür, gəlib ölkəmizin şərəfini qorusun. Hazırlıq keçməyəndən sonra ərə gedir, Stoitsovla harasa yollanır, bu, artıq şəxsi işləridir. Əsas odur ki, idmançı Kostovanı qəbul etməyə hazırıq.
- Stoitsov bir sıra ittihamlar səsləndirib. O, Bolqarıstan Ağır Atletika Federasiyasını da günahlandırır...
- Onlar Bolqarıstan millisində çıxış etmək istəyiblər. Lakin federasiya onlara “siz bizim idmançı deyilsiniz” deyib. Yəni Azərbaycan Ağır Atletika Federasiyasından icazə almalarını bildiriblər. Biz də məktubla icazənin nədən ibarət olduğunu yazmışdıq. Yəni müqaviləyə əsasən həmin idmançılara çəkdiyimiz bütün xərcləri ödəsinlər. Bundan sonra gedib vətənlərində çıxış edə bilərlər. Lakin bolqarıstanlı həmkarlarımız bununla razı deyil. Onlar da deyiblər ki, bu idmançılar bizə lazım deyil.
- Bu yaxınlarda 2 federasiya arasında Boyanka Kostova, onun şəxsi məşqçisi Laçezar Kişkilov və nişanlısı İvan Stoitsovun yığmamıza dönüşü ilə bağlı hansısa söhbət olubmu?
- Söhbət tək Boyanka ilə bağlı olub. Çünki hələ bizim idmançıdır, gəlməsini istəyirik. Bu səbəbdən də onun şəxsi məşqçisi də komandamıza qoşulmaq hüququna malikdir. Lakin həmin şəxsin adını Kostova özü deməli idi. Məsələn, Stoitsovu və ya Kişkilovu yaza bilərdi. Bu halda onlardan biri şəxsi məşqçi kimi komandamıza dönəcəkdi. Çünki millimizin baş məşqçisi Zlatan Vanevdir və o bildirib ki, mən yalnız Boyankanı qəbul edərəm. Amma Stoitsovu çox zəif olduğu üçün idmançı kimi qəbul etmir.
- Bəs bu qədər söz-söhbətdən sonra Boyankanın qayıtması mümkündürmü?
- Onun hazırda 19 yaşı var, ərə gedib. Nə qədər mümkündürsə gözləyərik. Fikirləşsin. Bəlkə də idmanı atmaq istəyir... Çünki hər adam karyerasını tez-gec bitirir. Yəni böyük idmanda “bu gün məşq etmirsənsə, sabah dünya çempionu ola bilərəm” fikirləşmək mümkün deyil. Heç kim məşqçisiz, təlim-məşq toplanışı keçmədən hansısa titula yiyələnə bilməz. Bəlkə Kostova ərə getdiyindən uşaq istəyir, bu da onun şəxsi işidir. Amma müqavilə ilə bizim idmançıdır. O, yalnız 2017-ci ildən başqa ölkənin bayrağı altında yarışlara qatıla bilər. Yəni bu Rio-de-Janeyro Olimpiadasından sonra mümkündür. İndi Boyanka 4 il məşq etməyəcəksə, yarışa qatılmayacaqsa, nə idmançı olacaq?
- Stoitsov belə problemlə üzləşmələrində əsas günahkar Zlatan Vanevi sayır. O, nə dərəcədə haqlıdır?
- Bunu ona görə deyir ki, Vanev İvanı yığmada görmək istəmir. Çünki baş məşqçi zəif idmançılarla hazırlığın əleyhinədir. Əsas məqsədi yaxşı, güclü idmançılardan ibarət milli formalaşdırmaqdır.
- O, şəxsən sizinlə və gənclər və idman naziri Azad Rəhimovla görüşüb, halallıq aldıqdan sonra Azərbaycandan getdiyini iddia edir...
- Bəli, Olimpiadadan öncə getdi. Bilirsiz - sağollaşıb, salamlaşıb – bunun məsələyə dəxli yoxdur. O, Bolqarıstan Federasiyası ilə müqavilə hazırlananda bizdən xeyli vəsait götürmüşdü. Pulu götürəndə “salam əleykümlə” getmək olarmı? Müqavilə var, buna əsasən də milliyə götürmüşük və müqaviləyə əsasən də Bolqarıstana verə bilərik.
- Stoitsov maaşı ilə də bağlı narazılıq edib. Onun pulu aybaay azalırdımı?
- Xeyr, bizdə maaş azalmır. Bu, yalnız məşqçilərdən asılıdır. Onların qərarı ilə kim yaxşı məşq edir, nəticə verir ödənişləri də artırılır. Kim özünü doğrultmur, geri gedirsə onun məvacibi azalır. Sözsüz ki, medal qazanan idmançının əmək haqqı tədricən yüksəlməlidir və ya əksinə. Bilirsiz, idmançı dünya çempionu oldu, ardınca heç nə edə bilmirsə onun maaşı sözsüz azaldılmalıdır. Bəlkə Stoitsova ən yüksək əmək haqqı verməliydik?
- Bəlkə Kostova və Stoitsovla bağlı yekun qərar verməyin vaxtıdır?
- Hansı qərarı verək?
- Birdəfəlik hər ikisindən imtina etmək, yaxud onları çağırıb problemləri aradan qaldırasız ki, bu söz-söhbətlər bitsin.
- Məsələn, götürək futbol üzrə Azərbaycan yığmasını. Əgər baş məşqçi Berti Fotqs futbolçunu heyətə götürmürsə, onu kim oraya gətirə bilər? Bizdə minlərlə futbolçu var. Axı, onlar özbaşına milliyə gələ bilməzlər. Ağırlıqqaldırma millisində də hər şey baş məşqçidən asılıdır. O da Stoitsovu istəmir. Zəif olduğunu deyir. Stoitsovdan güclü azərbaycanlı uşaqlar var. Vanev deyir ki, mənə İvan deyil, Firudin Quliyev lazımdır. Belə uşaqlarla işləmək daha faydalıdır. Yəni, İsgəndər müəllim və ya federasiyada kimsə bu məsələləri həll etmir. Yığmanın heyətini müəyyənləşdirmək üçün baş məşqçi var. O, hər bir idmançını milliyə götürə və ya hər bir atleti komandadan xaric edə bilər. Biz isə baş məşqçinin sözü ilə oturub, durmuruq. Yəni Vanev bizlə məsləhətləşir və Stoitsovu millidə görmək istəmir.
- Boyanka və İvan Azərbaycanda tanış olub nişanlanıblar, yoxsa Bolqarıstanda?
- Onların buraya gəlməmişdən öncə bir-birləri bərədə məlumatları olub. Lakin Azərbaycanda daha yaxından tanış olublar. Stoitsovun arvadı, uşağı da vardı. İndi 3-cü dəfə evlənir.
- Bəs onlarla birgə millidən gedən digər bolqarıstanlı Veliçko Çolakovun məsələsi nə yerdədir? Onun qayıtmaq ehtimalı varmı?
- Veliçkonun da məsələsi İvanla eynidir. Fikirləşin, 240 kq qaldıran adam bu gün 190, 200 kq çəkini ram edə bilmir. Burada idman prinsipi var. Yəni sən böyüksən, qəşəngsən deyə komandada saxlaya bilmərik.
- Aydındır, hər bir sahədə heç kim adına görə deyil, hazırkı durumuna görə yer alır.
- Bəli. Nə olsun ki, Veliçko Olimpiya mükafatçısı olub? Bu gün idmançı zəifdir. Qoy yüksək çəki qaldırsın, öz səviyyəsini artırsın. Bu halda milli komandaya da düşə bilər. Biz bunu tək Çolakova, Stoitsova həvalə etmirik. Yerli idmançımız da az çəki qaldırırsa, nəticəsi zəifdirsə başqası ilə əvəzləyirik. İvanla Veliçko da əvvəlki formalarında deyillər. Yaxşı, biz istəmirik, qoy Bolqarıstan yığması götürsün. Zəif olduqları üçün özləri də istəmirlər.

- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Beynəlxalq Olimpiya Komitəsindən MOK-a cavab
- AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər
0
0