2 taekvondoçumuz Avropa çempionu oldu
26.08.2013 - 08:18
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmə taekvondoçuların Avropa birinciliyinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışın son gününü də qızıl medalla başa vurub.
Belə ki, millimizin üzvü Əliəsgər Əliyev (61 kq) yarımfinalda erməni Qagik Geqhamyanı mübarizədən kənarlaşdırıb. O, düşmən ölkə idmançısına 5:4 hesabı ilə qalib gəlib. Finalda isə Martinez Saez Alvaro (İspaniya) həmyerlimiz önündə aciz qalıb – 13:10.
Beləliklə, yığmamız Avropa birinciliyini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Millimiz komanda hesabında Rusiyadan sonra ikinci yeri tutub.
Qeyd edək ki, Əliyevdən öncə Nicat Əsgərli (57 kq) 1-ci, Ümid Məmmədov (33 kq) 2-ci, Sevda Pirseyidova (29 kq) və Nərgiz Mirzəyeva (33 kq) 3-cü olmuşdu.

- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
0
0