10-cu dəfə ölkəsinin ən yaxşısı seçildi
15.06.2022 - 10:55
10-cu dəfə ölkəsinin ən yaxşısı seçildi

“Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasında 10-cu dəfə Xorvatiyada ilin ən yaxşı futbolçusu seçilib.

Apasport.az saytının məlumatına görə, Modriç eyni zamanda ardıcıl 6-cı dəfə bu titula yiyələnib.

Geridə qalan mövsüm 37 yaşlı orta sahə oyunçusu İspaniya çempionluğunu, Çempionlar Liqasını və İspaniya Superkubokunu qazanıb.

Xorvatiyanın ən yaxşı qapıçısı Zaqreb “Dinamo”sunun şərəfini qoruyan Dominik Livakoviç olub. Xorvatiya çempionatının ən yaxşısı isə “Hayduk”lu Marko Livaye seçilib.

Qeyd edək ki, “Real”la müqaviləni 2023-cü ilin yayına qədər uzadan Luka Modriç ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 3 qol vurub, 12 məhsuldar ötürmə verib.

0