
Çempionlar Liqasında “Qarabağ”a rəqib olan Polşa “Lex”i Azərbaycan klubları ilə ən çox görüşən komandalardandır.
Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi ilə 4 duel çərçivəsində 8 matç baş tutub.
Bu duellərin sonuncusu 2012-ci ildə keçirilib. 10 ildən sonra Azərbaycan komandası ilə görüşəcək “Lex” əvvəlki 4 cəhdin hamısında mərhələ adlayan tərəf olub.
Poznanlılar “Xəzər Lənkəran”ı iki, “İnter”lə “Karvan”ı bir dəfə mübarizədən kənarlaşdırıb. 8 oyunda yalnız 1 qələbə və 1 heç-heçəsi olan təmsilçilərimiz 6 dəfə uduzub. Top fərqində üçqat üstünlük rəqibdədir – 4-12.
2005/06 mövsümü, İntertoto kuboku
“Karvan” – “Lex” – 1:2, 0:2
2008/09 mövsümü, UEFA kuboku
“Xəzər Lənkəran” – “Lex” – 0:1, 1:4
2010/11 mövsümü, Çempionlar Liqası
“İnter” – “Lex” – 0:1, 1:0, p.8:9
2012/13 mövsümü, Avropa Liqası
“Xəzər Lənkəran” – “Lex” – 1:1, 0:1
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO